Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.
Bu barədə çərşənbə günü Trend-ə məhkəmədən məlumat verilib.
Bildirilib ki, o, bu gün saat 04:00 radələrində ürək tutmasından 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 2000 - 2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifələrində çalışıb.