...

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Gündəm Materials 16 Dekabr 2022 14:49 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmət Qədirov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti