Bakı. Trend:
Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın
AirAsia aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində
duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş
sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata
görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava
limanına eniş edib.
Həmçinin, səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu
duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın
LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat
07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.