Bakı. Trend:
Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb.
Trend-in məlumatına görə, bunu bu gün Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Züfiqar söyləyib.
Qayıdış Konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını söyləyən mətbuat katibi deyib: “İcma olaraq bu Konsepsiyanı vaxtında yekunlaşırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək”.