...

Android 13 almayan Samsung modelləri

Gündəm Materials 10 Yanvar 2023 15:29 (UTC +04:00)
Android 13 almayan Samsung modelləri
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Samsung" əvvəlki dövrlərdə yeni çıxardığı cihazlarına ən azı 3 il müddətinə "Android" və "One UI" yeniləmələrini, flaqman seqmentində olmasa belə 5 il müddətinə təhlükəsizlik yeniləmələrini təqdim edəcəyinə söz verib.

Trend-in məlumatına görə, bu yaxınlarda bu qərarı yenidən nəzərdən keçirən şirkət, proqram dəstəyində "Apple"-a birbaşa rəqib olmaq üçün ən azı 4 il, "Android" və "One UI", bəzi yeni çıxan üst seqment modellərinə isə 5 il təhlükəsizlik yeniləmələri verəcəyini açıqlayıb.

"Android 13" almayacaq "Samsung" modelləri üçün də böyük bir gözlənti var. Nəhayət, şirkətə yaxınlığı ilə tanınan "Sammobile" "Android 13" almayacaq modellərdən bəzilərini paylaşıb. Siyahıda bəzi modellər də var ki, sızma real olarsa, istifadəçilərin reaksiyasını çəkəcək:

Samsung Galaxy S10 seriyası (Galaxy S10 Lite istisna olmaqla)
Samsung Galaxy Note 10 seriyası (Note 10 Lite istisna olmaqla)
Samsung Galaxy Fold
Samsung Galaxy A90 5G
Samsung Galaxy A41
Samsung Galaxy A31
Samsung Galaxy A21s
Samsung Galaxy A21
Samsung Galaxy M51
Samsung Galaxy M31 Prime Edition
Samsung Galaxy M31s
Samsung Galaxy M21s
Samsung Galaxy M21
Samsung Galaxy M02s
Samsung Galaxy M02
Samsung Galaxy A12
Samsung Galaxy A11
Samsung Galaxy A02s
Samsung Galaxy A02
Samsung Galaxy A01
Samsung Galaxy F41
Samsung Galaxy F02s

Siyahıdan da göründüyü kimi, "Galaxy S10" seriyası və "Galaxy Note 10" seriyası "Android 13" almayacaq. Bununla belə, hər iki seriyanın "Lite" modelləri digərlərindən gec buraxıldığı üçün yeni versiyanı alacaq cihazlar arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti