Bakı. Trend:
Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.
Trend xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev deyib.
R.Tağıyev qeyd edib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində "Hyundai" markalı 50-EA-628 sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb:
"Avtomobil dayanandan sorna sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır".