...

Sülhməramlılara aid 1 minik və 1 yük maşını Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 12 Yanvar 2023 19:56 (UTC +04:00)
Sülhməramlılara aid 1 minik və 1 yük maşını Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha iki avtomobilin (1 minik, 1 yük avtomobili) maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, avtomobil Laçından Xankəndiyə keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 32 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti