...

Yeni sosial islahat paketi 1,9 milyon vətəndaşı əhatə edir - Nazirlik

Gündəm Materials 13 Yanvar 2023 10:46 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, həmçinin tələbə və doktorantların təqaüdləri də artırılıb.

"Bu artım 150 min tələbə və doktorantı əhatə edib. Ümumilikdə, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub".

Xəbər lenti

Xəbər lenti