Bakı. Trend:
Ailə Məcəlləsində erkən yaşda nikah sözünün tərifinin verilməsi və nikah yaşının bir yaş aşağı salınmasının səbəblərinin göstərilməsi zərurəti yaranıb.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə komitə iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bununla bağlı qanunvericilik layihəsi təklifi komitə tərəfindən aidiyyəti üzrə göndərilib.
O bildirib ki, uşaqlara qarşı zorakılıq, xüsusilə də cinsi zorakılıq faktları ilə bağlı məsuliyyətin qəbul edilməsinə ciddi ehtiyac var.