...

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 30 Yanvar 2023 12:32 (UTC +04:00)
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda şəhid Orxan Əsgərov Bakıda İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Dəfndə dövlət rəsmiləri, şəhidin yaxınlar və digər şəxslər, eləcə də DTX rəisi Əli Nağıyev, Müdafiə naziri Zakir Həsənov, Müdafiə sənayesi naziri Mədət Quliyev və Daxili İşlər naziri Vilayət Eyvazov iştirak ediblər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Xəbər lenti

Xəbər lenti