...

Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir

Gündəm Materials 1 Fevral 2023 16:34 (UTC +04:00)
Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti