...

Türk mediası Azərbaycanın yardım kampaniyasını işıqlandırıb

Gündəm Materials 7 Fevral 2023 17:39 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlılar Türkiyədə zəlzələdən zərərçəkənlər üçün səfərbər oldular.

Trend-in məlumatına görə, bu barədə "Trt Haber"in hazırladığı məqalədə qeyd edilir.

Bildirilib ki, kampaniyaya dəstək verən bir çox azərbaycanlı geyim, ərzaq və ləvazimatlarla təmin edib. Toplanan materiallar yaxın vaxtlarda Türkiyəyə göndəriləcək.

Qeyd edək ki, Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Azərbaycanlılar Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplamağa davam edirlər.

Yardımlar Bakıda “Doğtaş” mebel mağazasında toplanır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti