...

Dəmir yolu ilə göndərilən yardım üç gün ərzində Türkiyəyə çatacaq - Rövşən Rüstəmov

Gündəm Materials 16 Fevral 2023 14:26 (UTC +04:00)
Dəmir yolu ilə göndərilən yardım üç gün ərzində Türkiyəyə çatacaq - Rövşən Rüstəmov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Biləcəri dəmiryol stansiyasından Türkiyəyə humanitar yardım göndərilib.

Trend-in məlumatına görə, bu barədə bu gün jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.

"Bugünə qədər humanitar yardımlar Azərbaycandan Türkiyəyə hava və quru yolu ilə göndərilirdi. Hazırda humanitar yardımları 25 konteynerdən ibarət yük qatarı ilə yola salırıq. Bu qatar Bakı-Tiblisi-Qars dəmiryolu xətti üzrə 3 gün ərzində qardaş Türkiyəyə çatdırılacaq. Biz bu humanitar yardımların dəmiryolu vasitəsilə çatıdırılmasında əlimizdən gələni əsirgəmiyəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti