...

Xalq artisti Ramiz Novruz vəfat edib

Gündəm Materials 21 Fevral 2023 01:23 (UTC +04:00)
Xalq artisti Ramiz Novruz vəfat edib

Bakı. Trend:

Xalq artisti Ramiz Novruz vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti