...

Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar (FOTO)

Gündəm Materials 18 Mart 2023 13:29 (UTC +04:00)
Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsində olublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, hərbi qulluqçularla görüşərək söhbət ediblər.
Görüşdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Aparatın nümayəndələri yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

Sonda qonaqların iştirakı ilə hərbi hissənin ərazisində müxtəlif növ ağaclar əkilib, xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti