...

BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 22 Mart 2023 11:34 (UTC +04:00)
BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 2 nəqliyyat vasitəsi Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-ya məxsus minik avtomobillərinin maneəsiz keçidi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 101 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti