Şuşa. Trend:
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus iki maşın karvanı maneəsiz keçid edib. Xankəndindən gələn birinci karvan 9 yanacaq daşıyan maşınından ibarət olub. İkinci karvan isə 2 minik, 18 yük maşınından ibaratət olub. Həriki karvan Laçın istiqamətinə hərəkət edib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 117 gündür davam edir.