...

Bu ilin sonuna qədər Ağdamda 18 min hektara yaxın ərazi minalardan təmizlənəcək - Vüqar Süleymanov

Gündəm Materials 11 Aprel 2023 12:33 (UTC +04:00)
Bu ilin sonuna qədər Ağdamda 18 min hektara yaxın ərazi minalardan təmizlənəcək - Vüqar Süleymanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam. Trend:

Bu ilin sonuna qədər Ağdamda ümumilikdə 18 min hektara yaxın ərazi minalardan təmizlənəcək.

Bu barədə Ağdamda ağacəkmə aksiyası zamanı Trend-ə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Ümumi minatəmizləmə fəaliyyəti barədə məlumat verən V.Süleymanov, bugünə qədər 75 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizləndiyini qeyd edib.

"Bu təmizləmə əmliyyatları nəticəsində 85 mindən çox mina və partlamamış sursat aşkar edilərək məhv edilib. Bugün Ağdamda keçirilən ağacəkmə aksiyası isə Qarabağın dirçəlməsinə bir töhfədir", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Ağdam könüllülərinin iştirakı ilə Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti