...

Elektron Təhlükəsizlik Xidməti "Apple" məhsullarında boşluqlar aşkar edib

Gündəm Materials 11 Aprel 2023 14:51 (UTC +04:00)
Elektron Təhlükəsizlik Xidməti "Apple" məhsullarında boşluqlar aşkar edib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti "Apple" məhsullarında 2 boşluq aşkar edib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, həmin boşluqlar “CVE-2023-28205” və “CVE-2023-28206” adlandırılıb. 1-ci boşluq hədəf cihaza zərərli veb məzmun emal edildikdən sonra ixtiyari kod icra etməyə imkan verir, 2-ci boşluq isə nüvə imtiyazları ilə ixtiyari kod icra etməklə hədəf cihaza yüksək səviyyəli giriş imkanı verir.

Belə olan halda isə sistemə icazəsiz giriş və nəzarət imkanı verdiyi üçün fərdi məlumatların ələ keçirilməsi, silinməsi və daha ciddi problemlərə səbəb ola bilər. Boşluqlar aşağıdakı cihazlara təsir edir:

iPhone 8 və sonrakı modellər

iPad Pro (bütün modellər)

iPad Air 3-cü nəsil və sonrakı modellər

iPad 5-ci nəsil və sonrakı modellər

iPad mini 5-ci nəsil və sonrakı modellər.

ETX problemin həlli kimi yuxarıda qeyd olunan məhsulların dərhal ən son versiyaya yenilənməsi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti