...

"Twitter Inc." gedir, yerinə "X Corp." gəlir

Gündəm Materials 12 Aprel 2023 14:58 (UTC +04:00)
"Twitter Inc." gedir, yerinə "X Corp." gəlir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskın "Twitter"-i alması ilə "Twitter" tez-tez yeni dəyişikliklərlə gündəmə gəlir. Nəhayət, "Twitter"-in ana şirkəti olan "Twitter Inc" İ.Mask-ın "X Corp."u ilə əvəz olunub.

Trend-in məlumatına görə, İlon Mask-ın "X Corp."-u Çinin "WeChat"-na bənzər "hamısı bir yerdə tətbiq" olmaq yolunda ilk addım olaraq "Twitter Inc."-i birləşdirdi.

Hüquqi proseslərə başlanılan birləşmə prosesində, mövzu ilə bağlı aşağıdakı açıqlamalar verilib;

“Twitter, Inc., X Corp. ilə birləşdi və artıq mövcud deyil.”

Digər tərəfdən, "Twitter"-in "X Corp." ilə birləşməsi "SpaceX" və "Tesla" kimi şirkətlərin də bu şirkətə tabe ola biləcəyi iddialarını ortaya çıxarıb. Eyni zamanda "Facebook"-da belə birləşmə baş verib. "Facebook" ana şirkətinin adını "Meta" olaraq dəyişdi və "Facebook" və "Instagram"-ı törəmə şirkətlər olaraq davam etdirməyə başladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti