Bakı. Trend:
Azad olunan ərazilərdə ən çox aşkarlanan PMN-Э minalarıdır.
Trend-in məlumatına görə, bunu ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.
O bildirib ki, həmin minalar Ermənistan istehsalıdır.
"Laçın rayonunda aşkarlanıb və 2021-ci il istehsalıdır. Azad olunmuş ərazilərdə həmçinin antenalı minalar da çox aşkarlanıb. Bu tip minalar da Laçın şəhərində aşkarlanıb. Laçın şəhərində həmçinin əldə düzəltmə partlayıcı qurğular da aşkarlanıb", - deyə S.Poladov əlavə edib.
Qeyd edək ki, 28 apreldə Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən brifinq təşkil edilib.