...

Şirnakdakı neft ehtiyatları ilə bağlı müsbət xəbərlər istisna edilmir - Fatih Dönməz

Gündəm Materials 2 May 2023 00:38 (UTC +04:00)
Şirnakdakı neft ehtiyatları ilə bağlı müsbət xəbərlər istisna edilmir - Fatih Dönməz

Bakı. Trend:

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Şirnak vilayətinin Qabar dağı yaxınlığındakı yataqdan neft ehtiyatları ilə bağlı gözlənilən müsbət xəbəri istisna etməyib.

Trend-in məlumatına görə, bu barədə nazir Şirnakda aparılan işləri şərh edərlən deyib.

"Quyuların qazılması və ehtiyatlarının qiymətləndirilməsi başa çatmaq üzrədir. Məlumatların ilk təxminləri müsbətdir, lakin biz yekun nəticələri gözləyirik. Prezident [Rəcəb Tayyib Ərdoğan] yekun məlumatları xalqla bölüşəcək", - deyə F.Dönməz bildirib.

Nazir bildirib ki, daxili yataqların kəşfiyyatı həm dənizdə, həm də quruda davam edir.

Nümunə kimi F.Dönməz 2022-ci ildə Qara dənizin Türkiyə sektorunda kəşf edilən "Sakarya" qaz yatağının adını çəkib. Eyni zamanda, Adana vilayətinin Çukurova ərazisində neft ehtiyatları aşkar edilib.

"Ötən il Şirnakda 180 milyon barel neft ehtiyatı olan "Esma Çevik" yatağı kəşf edilib", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti