Bakı. Trend:
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını 28 May- Müstəqillik Günü günü münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə Aİ diplomatı "Twitter" hesabında paylaşım edib.
"Müstəqillik Günün mübarək, Azərbaycan! Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, sülh və firavanlıq arzulayıram! Biz güclü tərəfdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik!", - deyə diplomat paylaşımında bildirib.