...

Nizami Gəncəvi bütün bir dövrün şairi olub - İsmail Seragəldin

Gündəm Materials 8 İyun 2023 12:52 (UTC +04:00)
Nizami Gəncəvi bütün bir dövrün şairi olub - İsmail Seragəldin
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Gəncə. Trend:

Nizami Gəncəvi unikal şəxsiyyət olmaqla yanaşı, bütün bir dövrün şairi olub.

Trend-in məlumatına görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Dünyada hazırda mədəniyyətlə, irslə bağlı bir çox problemlər mövcuddur. Lakin Nizami Gəncəvi hələ o dövrdə öz əsərləri ilə işıq olub. Nizami Gəncəvi Azərbaycanda yaşasa da, əsərləri ilə bütün dünyaya ədaləti, bərabərliyi, sülhü təbliğ edib”,- deyə o əlavə edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" tədbirinin davamı Gəncə şəhərində keçirilir.

Tədbirdə qonaqlar ilk öncə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında toplantı keçirilir.

Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmilər iştirak edir. İştirakçılar arasında Mərkəzin həmsədri İsmayıl Seragəldin, Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri , Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Moldovanın sabiq baş naziri Kiril Qaburiç, Maltanın sabiq baş naziri Cozef Muskat, Bosniya və Herseqovinanın sabiq daxili işlər naziri Predraq Kurtes, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, YUNESKO-nun xoşməramlı səfiri Hedva Ser, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti (YUNESKO) Benedetto Zaççiroli, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Dünya Bankının sabiq vitse prezidenti Mats Karlson yer alır.

Tədbirdə həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışçı qismində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti