...

Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib

Gündəm Materials 15 İyun 2023 14:49 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.

Trend xəbər verir ki, iyunun 15-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçunu yaralayan Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

Qeyd edək ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti