...

Yuxarı Qarabağ kanalının daşması nəticəsində su basmış ərazidən təxliyə işləri həyata keçirilib (VİDEO)

Gündəm Materials 2 Avqust 2023 23:09 (UTC +04:00)
Yuxarı Qarabağ kanalının daşması nəticəsində su basmış ərazidən təxliyə işləri həyata keçirilib (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.

Hazırda aidiyyəti qurumlarla koordinasiyalı şəraitdə su kanalının bəndinin uçmuş hissəsinin bərpası işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti