...

Məktəb direktoru 33 min manatdan çox dövlət vəsaitini mənimsəyib

Gündəm Materials 6 Sentyabr 2023 15:51 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Cəlilabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru vəzifəsində işləmiş Camal Bəşirovun 2017-2022-ci illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 33 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cəlilabad rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti