...

Xəstəlik yenidən yayılır - Koronavirusun yeni ştamı sərhədimizə çatdı

Gündəm Materials 16 Sentyabr 2023 23:32 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Üç ildir ki, dünya karonovirusla mübarizə aparır. Bu gözə görünməz virusa qarşı peyvəndlər icad olunsa da təəssüf ki, qarşısını almaq mükünsüz olmamışdur. Düzdür, bu gün COVİD 19 xəstəliyinə yoluxanların sayı azalıb və bunla bağlı tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırlmışdır. Amma COVİD-19 mutasiya olunaraq yeni ştamlar meydana gətirir və bu da yenidən təhlükəli vəziyyət yaradır.

Bu barədə Trend-ə açıqlamasında deputat Azər Badamov deyib.

"COVİD -19-un yeni ştamı olaraq "omikron" gəldi və cəmiyyət bu ştamdan uzaqlaşmamış daha yeni modifiaksiya ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalmağa başlayıb. Bu gün ÜST tərəfindən COVİD-19 karonavirusun yeni növü olaraq EG.5 ştamı təhlükəli viruslar sırasına daxil etmişdir. Bu ştam Eris də adlandırılır. "Eris" ştamı dünyada sürətlə yayılmaqdadır. Belə ki, dünyanın 52 ölkəsində Erisə sürətlə yoluxmalar qeydə alınmış, o cümlədən qardaş Türkiyəyə də gəlib çatmışdır. Rusiyada Eris ştamına qarşı tədbirlərin gücləndirilməsi üçün ayın 18-dən local şəkildə tibbi maskadan istifadə olunması üçün məhdidiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Eris ştamın sürətlə artdığına görə ölkəmizdə də qabaqlayıcı tədbirlərin görülməsi üçün hazırlıq işlərini aparılmalı olduğunu hesab edirəm. Ona görə də yenidən tibbi maskalardan istifadə olunması aktuallaşmalıdır. Havalar souduqca xəstələyin yayılma tezliyi də artacaqdır. Bu gün ölkəmizdə COVİD-19-a yeni yoluxanlar yoxdur və müalicə olunanların sayı 22 nəfərdir. Amma Eris ştamın yayılma sürətinin yüksək olması bizi bu gündən düşündürməlidir ki, sabah yoluxmaların yayılacağı təqdirdə mübarizə tədbirləri effektiv təşkil olunsun", - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti