Bakı. Trend:
İşğaldan azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar bağlı tərəfimizdən və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib. Ərazilər azad edildikcə məzsrlıqların tapılması işləri daha da sürətləndirilir.
Trend xəbər verir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev Prokurorluq işçilərinin peşə bayramı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təəssüf ki Ermənistan tərəf bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat vermir:
"Verilən məlumatlar həqiqəti əks etdirmir. Dəfələrlə bu məsələ ilə bağlı müzakirə edilir. Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsi, qohumlarına qaytarılması və dəfn prosesi sürətlənib. Ermənistan tərəf bu məsələdə bizimlə əməkdaşlıq etməsə də biz zamanla bu prosesi davam etdiririk"