...

Ermənilər tərk etdiyi yerlərdə bizim üçün belə "sürpriz"lər hazırlayıb (VİDEOMÜSAHİBƏ)

Gündəm Materials 2 Oktyabr 2023 21:00 (UTC +04:00)
Ermənilər tərk etdiyi yerlərdə bizim üçün belə "sürpriz"lər hazırlayıb (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb. İnzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, həmin ərazilərdə ermənilərin bu yolla vətəndaşlarımıza qəsd etmək planı həmişə gözlənilən olub.

"Bunları ötən illərin təcrübəsinə əsaslanaraq deyirəm. Ermənilərin belə xislətini göstərən minlərlə faktlar var. Onlar tərk edib getdiyi yerlərdə bizim üçün belə "sürpriz"lər hazırlayıblar. İstəkləri də kiminsə həlak olması, yaralanması və həmin ərazilərə insan köçünün gecikdirilməsidir. Mina basdırılmış yerlərin xəritələrin tələb etsək, 2020-ci ildəki halla qarşılacağıq. Ya xəritələri verməkdən imtina edə bilərlər, ya da düzgün olmayan xəritələri verəcəklər.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti