...

Rəsmi Təl-Əviv istənilən yolla öz vətəndaşlarını qorumağa çalışacaq - İsrailli diplomat

Gündəm Materials 7 Oktyabr 2023 13:20 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail istənilən yolla öz vətəndaşlarını qorumağa çalışacaq və Qəzzada geniş kampaniyadan qorxmur.

Trend xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dikin müavini Yoav Bistritsky "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, İsrail terror təşkilatlarından tam qiyməti tələb edəcək və məqsədlərinə çatana qədər lazımi şəkildə hərəkət etməyə hazırdır:

"HƏMAS bu hücumun arxasında duran Qəzza zolağında suverendir və hadisələrin nəticələrini və məsuliyyətini daşıyacaq".

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti