...

“Google” ənənəvi şifrələrin yerinə “Passkey”dən istifadəni təklif edir

Gündəm Materials 16 Oktyabr 2023 20:55 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” artıq ənənəvi şifrələrin yerinə “Passkey”dən istifadəni təklif edir.

Trend-in məlumatına görə, “Google” şirkəti istifadəçilər arasında “Passkey” texnologiyasını yaymağa davam edir. Bu texnologiya ənənəvi şifrələrin istifadəsindən azad olmağa imkan verir və həmin şifrələrin autentifikasiya üsullarından biri ilə əvəzlənməsini təklif edir.

Şirkət elan edib ki, o artıq öz istifadəçilərinə giriş açarının yaradılması təklifini göndərib. İstifadəçilər yaradacaqları giriş açarından istifadə edərək öz “Google” hesablarına daxil ola biləcəklər və bu halda heç bir şifrənin daxil edilməsinə ehtiyac qalmayacaq.

“Passkey” texnologiyası ənənəvi şifrələr ilə müqayisədə daha təhlükəsiz və rahat alternativ hesab edilir. O, şifrələrdən və SMS təsdiqləmələrdən istifadəni aradan qaldırır və onları PIN kod və ya barmaq izi ilə üz skanı kimi biometrik autentifikasiya ilə əvəz etməyi təklif edir.

Bununla belə biometrik məlumatlar “Google” şirkətinə və ya başqa birinə ötürülmür. Buna görə də yüksək konfidensiallıq səviyyəsi qorunub saxlanılır. Bununla belə “Google” bildirib ki, ənənəvi şifrələr aktual olaraq qalırlar və hansısa səbəbdən “Passkey”dən istifadə etməyi istəməyən istifadəçilər şifrələrdən istifadə etməyə davam edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti