...

“Google Play Protect” istifadəçiləri zərərli tətbiqlərdən qoruyacaq

Gündəm Materials 21 Oktyabr 2023 10:54 (UTC +04:00)
“Google Play Protect” istifadəçiləri zərərli tətbiqlərdən qoruyacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google Play Protect” bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq.

Trend-in məlumatına görə, “Google” şirkəti istifadəçinin smartfonunu zərərli tətbiqlərdən qorumağa imkan verən təhlükəsizlik tədbirlərini gücləndirib.

Bunun üçün şirkət “Play Protect” funksiyasının çalışma mexanizmini yeniləyib. Belə ki, sözügedən funksiya real zaman ərzində smartfona quraşdırılan tətbiqin skan edilməsi imkanını əldə edib. Bu və ya digər tətbiqin smartfona quraşdırılmasından öncə “Play Protect” funksiyası istifadəçiyə onun skan edilməsini təklif edəcək.

Skan prosesi çərçivəsində tətbiqdə hər hansısa zərərli faktorun aşkar ediləcəyi halda sistem bu barədə məlumatı istifadəçiyə skan prosesinin sonunda təqdim edəcək. Bununla belə, yeni funksiya tətbiqin hansı mənbədən quraşdırılmasından asılı olmayaraq çalışır - “Google Play Store” və ya kənar tətbiq mağazaları.

“Google” bildirib ki, bundan sonra “Play Protect” funksiyası tətbiqləri proqram təminatı kodu səviyyəsində analiz edəcək. Yenilənmiş “Play Protect” ilkin mərhələdə Hindistanda istifadəyə veriləcək. Daha sonra isə yeni funksiya digər ölkələrdə də aktiv olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti