...

Bakıda 36 yaşlı qadın keçmiş əri tərəfindən bu məkanda öldürülüb - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)

Gündəm Materials 27 Oktyabr 2023 13:32 (UTC +04:00)
Bakıda 36 yaşlı qadın keçmiş əri tərəfindən bu məkanda öldürülüb - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qadın gözəllik salonunda keçmiş əri tərəfindən öldürülüb.

Trend-in əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda baş verib.

Artıq 36 yaşlı Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı 41 yaşlı Zamin Tanrıverdiyev saxlanılıb.

Cütlük bir neçə il əvvəl ayrılıblar.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti