Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün müraciət edib.
Trend-in məlumatına görə, bu barədə hazırda Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Braziliyanın BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.
Braziliya missiyası görüşün vaxtının təyin olunması məsələsinin nəzərdən keçirildiyini bildirib.