...

Azərbaycanda yol polisinə yeni avtomobillər verilib (FOTO)

Gündəm Materials 31 Oktyabr 2023 16:57 (UTC +04:00)
Azərbaycanda yol polisinə yeni avtomobillər verilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Dövlət Yol Polisinə aid yeni avtomobillərin fotoları yayılıb.

Yayılan görüntülərdə avtomobilin "VOLVO S90" modeli olduğu görünür.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.

Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri "Mercedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hyundai" və "KİA"nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti