...

Axtarışda olan şəxs tapança satmaq istəyən zaman saxlanıldı

Gündəm Materials 17 Noyabr 2023 16:36 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonunda axtarışda olan şəxs “Makarov” tapançası satmaq istəyən zaman saxlanılıb

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törtəməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Mübariz Mirzəyev saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. M.Mirzəyev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti