Bakı. Trend:
Sudanın qadın hüquqlarnın inkişaf etdirilməsində öz təcrübəsi var.
Trend xəbər verir ki, bunu Sudanın Azərbaycanda müvəqqəti işlər vəkili Mustafa Abdelhaleem Mahmoud Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"2014-cü ildən bəri qadınların səsvermə hüququ sayında artım var. Kişi və qadınların arasında bərabərliyin qorunmasında ciddi addımlar atılır. Qadınların kişilər ilə eyni maaşı almasına çalışırıq. Kiçik və böyük sahibkarlıqda qadınların roluna önəm veririk, qısa müddətli maliyyələşdirmə həyata keçirilir.
Bugün iqtisadi böhran hökm sürür, lakin dövlət qadınlara iqtisadi dəstək göstərməyə davam edir. Qadınların bir çox sahəyə inteqrasiya etməsinə çalışırıq”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.