...

BMT-nin baş katibi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatı alqışlayıb

Gündəm Materials 8 Dekabr 2023 23:59 (UTC +04:00)
BMT-nin baş katibi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatı alqışlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyəti barədə birgə bəyanatını alqışlayır və bunun uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyir.

Trend-in məlumatına görə, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

“Baş katib Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır”, - deyə o bildirib.

“BMT tərəfləri bu sazişdən qarşılıqlı etimadı inkişaf etdirmək, xalqlarının və regionun rifahı naminə uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə təşviq edir”- Düjarrik vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti