...

Trampın prezident seçkilərində mümkün qələbəsi bir çox təhlükələr yaradır - Bayden

Gündəm Materials 10 Dekabr 2023 10:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Trampın gələn il keçiriləcək prezident seçkilərində mümkün qələbəsi ABŞ üçün bir çox təhlükələr yaradır.

Trend-in məlumatına görə, bu barədə hazırkı dövlət başçısı Co Bayden Los-Ancelesdə (Kaliforniya) görüşdə deyib.

O, administrasiyasının nailiyyətləri haqqında danışdı və çıxışının ortasında D.Trampı tənqid etməyə başladı:

"Biz bilirik ki, bütün bu irəliləyişlər növbəti seçkilərdə təhlükə altında olacaq".

Onun sözlərinə görə, Donald Tramp bu ölkə üçün çoxlu təhlükələr yaradır: "Seçim hüququndan tutmuş vətəndaş hüquqlarına, səsvermə hüququna və Amerikanın dünyadakı yerinə qədər".

C.Baydenə görə, "Trampın yaratdığı ən böyük təhlükə [Amerika] demokratiyası üçün təhlükədir". “Əgər biz onu itirsək, hər şeyi itiririk”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti