Bakı. Trend:
Hadisə ilə bağlı məlumatlıyıq.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərsu"dan bildirilib.
"Hadisə ilə bağlı məlumatımız var. Müvafiq icazələr alındıqdan sonra zədələnmiş xətlərin bərpası işləri görüləcək", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Bakının Yasamal rayonu, Hüseyn Cavid parkının ətrafında gölməçə yaranıb.
xxx
14:14
Bakının Yasamal rayonu, Hüseyn Cavid parkının ətrafında gölməçə yaranıb.
Trend xəbər verir ki, parkın ətrafında olan su xətlərindən birinin partlaması nəticəsində ətrafda kiçik gölməçə əmələ gəlib.
Belə ki, artıq sözügedən ərazidə bir neçə gündür həmin vəziyyət müşahidə olunur.
Suyun avtomobil yoluna doğru axması isə sürücülərə müəyyən çətinliklər yaradır. Şaxtalı günlərdə həmin ərazidə yolun buz bağlaması və daha təhlükəli olma ehtimalı da yaranır.
Həmin görüntüləri təqdim edirik: