...

Məhkəmə sənədləri vəkillərə "Elektron kabinet" vasitəsilə təqdim ediləcək

Gündəm Materials 29 Dekabr 2023 17:40 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə sənədləri vəkillərə "Elektron kabinet" vasitəsilə təqdim ediləcək.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, 2024-cü ilin 7 yanvar tarixindən etibarən “Elektron məhkəmə" informasiya sistemində “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) “Elektron kabinet” vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.

Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemində "Elektron kabinet"i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti