...

Bu tətbiqlə ölkədən çıxışa "Stop" qoyulmasını yoxlamaq olar - E-Polis istifadəyə verildi

Gündəm Materials 31 Yanvar 2024 17:41 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin E-Polis mobil tətbiqi istifadəyə verilib.

Trend xəbər verir ki, tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür. Eyni zamanda tətbq vasitəsilə vətəndaşlar ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığını da yoxlaya bilərlər.

Tətbiqi artıq "Play store" və "App store" vasitəsilə mobil telefonlara yükləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti