...

Ermənistanda abidəni təhqir edən şəxs saxlanılıb

Gündəm Materials 31 Yanvar 2024 21:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının abidəsini təhqir edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi bildirib.

Onun Ermənistan İstintaq Komitəsinə təhvil verildiyi bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə növbəti erməni vandallığını əks etdirən kadrlar əks olunub. Bu dəfə ermənilər Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir ediblər.

Birinci kadrda erməni vandalın əklilin arasından üzərində Rusiya bayrağı əks olunan lenti çıxarıb yerə atır və tapdalayır.

İkinci videoda isə o daha da irəli gedərək əklilləri yerə yıxır və mühasirədə olan Leninqrad uşaqlarını "faşistlər" adlandırır, "bu hadisəni təsdiq edən sənədin olmadığını" iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti