Bakı. Trend:
Fransanın “Le Figaro” nəşri bu gün Fransanın Ermənistana yeni silah partiyası göndərəcəyini yazıb.
Trend nəşrə istinadən xəbər verir ki, Fransanın Ground Master (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək.
Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın paytaxtı Parisə gedib. O, Fransa dövlət başçısı Emmanuel Makronla görüşüb.
Bu gün isə Fransanın müdafiə naziri Sebastian Lekornu Ermənistana səfər edəcək. Fransa müdafiə nazirinin Ermənistana ilk səfəri iki ölkə arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsi məqsədini daşıyır.
Bir müddət öncə imzalanmış müqaviləyə əsasən, Fransa Ermənistana radarlar verəcək. Eyni zamanda, İrəvan və Paris artilleriya və raket sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparır.