Bakı. Trend:
Qubadlıya yeni prokuror təyin edilib.
Trend xəbər verir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin edilib.
Qeyd edək ki, Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub.
Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.
Emil Kərimov Qubadlıda anadan olub və 14 yaşı olanda erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.