...

“Bluebugging” nədir?

Gündəm Materials 14 Mart 2024 20:40 (UTC +04:00)
“Bluebugging” nədir?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Bluebugging” kiberdələduzların “Bluetooth” texnologiyasındakı boşluqlardan yararlanaraq etdiyi hücumlardandır. Belə ki, bu hücum növü vasitəsilə kiberdələduzlar cihazınıza daxil olub fərdi məlumatlarınızı ələ keçirə bilərlər.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Bluebugging” hücumundan necə qoruna bilərik?

1) Cihazınıza ən son təhlükəsizlik yeniləmələrini tətbiq edin.

2) “Bluetooth”dan istifadə edərkən yalnız tanıdığınız cihazlara qoşulma icazəsini verin.

3) İctimai yerlərdə “Bluetooth”dan istifadə etmədiyiniz zaman deaktiv edin.

4) Cihazınızda zərərli proqramın olmasından şübhələnirsinizsə, antivirusdan istifadə edin.

5) Naməlum və şübhəli mənbələrdən gələn mesajları və faylları açmayın.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti