...

“WhatsApp”da daha bir yeni yenilik

Gündəm Materials 18 Aprel 2024 12:00 (UTC +04:00)
“WhatsApp”da daha bir yeni yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp” istifadəçilərə kontaktlar səhifəsindən son vaxtlar onlayn olan insanları yoxlamağa imkan verəcək yeni funksiya üzərində işləyir.

Trend-in məlumatına görə, yeni funksiya “WhatsApp”da olan və ya yenicə daxil olmuş insanları vurğulayaraq, istifadəçiləri məlumatlandırmaq məqsədi daşıyır.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti