Bakı. Trend:
Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bundan əvvəl səriştə modelinin axırıncı versiyası barədə beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq.
"Bu çox vacib mərhələdir. Bu model üzrə 2 ildir işləyirik. Hazırda bu modelin tətbiqinə başlayaraq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik",- deyə M.Abbaszadə əlavə edib.
Qeyd edək ki, səriştə modelinə keçid dövlət qulluğuna daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan dövlət qulluqçularının cəlb olunmasını təmin edir.