Bakı. Trend:
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Taleh Heydərov və Sərvər Nemətov saxlanılıblar.
Trend-in əldə etdiyi məlumatına görə, onlardan narkotik vasitə olan marixuana aşkarlanıb.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.